18 sentyabr 2013 00:02

DÇ-2013-ün ikinci gününü medalsız başa vurduq (FOTOLAR)

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə böyüklər arasında Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın ikinci günündə sərbəst güləş üzrə 60, 84 və 120 kq çəki dərəcəsində güləşçilər mübarizə aparıb.
 
Xatırladaq ki, Dünya çempionatının ilk günündə 96 kq çəkidə təmsilçimiz Xetaq Qazyumov gümüş medal qazanmışdı. Çempionatın ikinci gününü isə güləşçilərimiz medalsız tamamlayıblar.
 
60 kq çəkidə mübarizə aparan Hacı Əliyev iranlı rəqibi ilə gərgin qarşılaşmadan məğlub ayrılıb. İran güləşçisi yarımfinalda Rusiya təmsilçisinə uduzması ilə güləşçimiz medal şansını itirib. 
 
1/16 final - Hacı ƏLİYEV - M.İsmaeilpurjuybari (IRI) (7:9)
 
84 kq çəkidə Aleksandr Qostiyev ilk görüşündə qazax təmsilçisindən üstün olsa da, növbəti görüşdə belaruslu rəqibinə məğlub olub. Belarus güləşçisi yarımfinalda Ukrayna təmsilçisi ilə görüşü məğlub başa vurub. Təmsilçimiz təsəlliverici görüşlərə qatıla bilməyib.
 
1/16 final - Aleksandr QOSTİYEV - Aslan Kaxidze (KAZ) (6:4)
1/8 final - Murat Baydarov (BLR) - Aleksandr QOSTİYEV (4:1)
 
120 kq çəkidə mübarizə aparan Cəmaləddin Məhəmmədov ilk görüşündə rahat qələbə qazansa da, son saniyələrdə ayağından zədələnib. İkinci görüşünü zədəli halda qələbə ilə başa vuran güləşçimiz daha sonra Ukrayna təmsilçisinə uduzub. Rəqibin finala yüksəlməsi Cəmaləddinə təsəlliverici görüşlərə qatılmaq hüququ verib. Ancaq güləşçimizin zədəsi ona görüşü tamamlamağa imkan verməyib.
 
1/16 final - Ruiz Flores (MEX) - Cəmaləddin MƏHƏMMƏDOV (2:10)
1/8 final - Çuluunbat Jargalsaixan (MGL) - Cəmaləddin MƏHƏMMƏDOV (3:4)
1/4 final - Cəmaləddin MƏHƏMMƏDOV - Alen Zaseev (UKR) (0:8)
Təsəlliverici görüş - Taha Akgül (TUR) - Cəmaləddin MƏHƏMMƏDOV (7:3)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.