16 sentyabr 2013 15:56
Əliyev FİLA-nın toplantısında (VİDEO, FOTOLAR)
Bu gün Macarıstanın paytaxtı Budapeşt şəhərində start götürəcək güləş üzrə Dünya çempionatı öncəsi FİLA İcraiyyə Komitəsinin növbəti toplantısı başlayıb. Azerisport.az xəbər verir ki, toplantıda Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, FİLA İK üzvü Namiq Əliyev də iştirak edib.
Xatırladaq ki, bu, güləşin 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramında saxlanılması barədə BOK-un məlum qərarından sonra FİLA İcriyyə Komitəsinin ilk toplantısıdı.
Tədbirdə güləş qaydalarında edilən son dəyişikliklər, Olimpiya Oyunlarında güləş növləri üzrə çəki dərəcələrində gözlənilən mümkün dəyişikliklər müzakirə edilib.
