17 sentyabr 2013 00:45
Milli komandamıza səfir dəstəyi (FOTO, VİDEO)
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın ilk günündə Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev və səfirliyin əməkdaşları, həmçinin Budapeştdə təhsil alan azərbaycanlı tələbələr yarışın keçirildiyi Lazslo Papp Arenasına gələrək güləşçilərimizə dəstək olublar.
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyevlə görüşən səfir Vilayət Quliyev güləşçilərimizə uğurlar arzulayıb. Federasiya rəsmisi öz növbəsində göstərdikləri dəstəyə görə Vilayət Quliyevə təşəkkürünü bildirib.
