16 sentyabr 2013 00:23
Hakimlərə təlimatlar verildi (FOTO)
Sentyabrın 16-da Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə böyüklər arasında Dünya çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, ötən gün çempionatın keçiriləcəyi Laszlo Papp Arenasında yarışı idarə edəcək hakimlərin seminarı keçirilib.
Seminarda hakimlərə güləş qaydalarındakı son dəyişikliklər barədə məlumat verilib, mübahisəli epizodlar monitorda göstərilərək müzakirələr aparılıb.
Dünya çempionatında görüşlərin idarə edilməsində Azərbaycanı Olimpiya dərəcəli hakimlər Əjdər Cəfərov və Hicran Şərifov təmsil edir.
Hakimlərin seminarında, həmçinin, Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının sədri, Olimpiya dərəcəli hakim Bəhmən Talebi də iştirak edib.
