16 sentyabr 2013 00:19
DÇ-2013-ün ilk günündəki rəqiblərimiz bəlli oldu (FOTO)
Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə böyüklər arasında Dünya çempionatı start götürür. Azerisport.az xəbər verir ki, çempionatın ilk günündə sərbəst güləş üzrə 55, 66, və 96 kq çəki dərəcəsində güləşçilər mübarizə aparacaq.
Ötən gün ilk yarış günün püşkatma mərasimi olub. Püşkatmanın nəticələrinə əsasən güləşçilərimizin ilk rəqibləri müəyyənləşib.
55 kq
1/16 final - Bexbayar Erdenebat (MGL) - Yaşar ƏLİYEV
66 kq
1/32 final - Haislan Garcia (CAN) - Ağahüseyn MUSTAFAYEV
96 kq
1/16 final - Xetaq QAZYUMOV - Yuri Maier (ARG)
İlkin görüşlər Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
