11 sentyabr 2013 00:07

Baş katib: Sərbəst və yunan-Roma güləşi üzrə çəki dərəcələrində dəyişiklik gözlənilir

Azərbaycan Güləş Federasiyasının mərkəzi ofisində güləş idman növünün 2020 və 2024-cü il Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsi ilə əlaqədar mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, mətbuat konfransında çıxış edən AGF-nin baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Argentinada keçirilmiş 125-ci sessiyasında güləş idman növünü 2020 və 2024-cü il Yay Olimpiya Oyunlarının proqramında saxlanılması barədə verilən qərarın gözlənilən olduğunu, bütün güləş həvəskarlarını sevindirdiyini bildirib, güləş idman növünün Yay Olimpiya Oyunlarının proqramında saxlanılmasına Azərbaycanın verdiyi töhfəni yüksək qiymətləndirib:
 
"Bütün dünyada olduğu kimi, Azərbaycanda da idmanın bu növünə böyük maraq var. BOK-un qədim tarixi ənənəyə malik bir idman növü olan güləşin Olimpiya Oyunlarının siyahısından çıxarılması barədə təşəbbüslə çıxış etməsi bütün dünyada, eləcə də Azərbaycanda təəccüblə qarşılanmışdı. İdmanın bu növünün Olimpiadanın proqramında saxlanılmasına dəstək məqsədilə Azərbaycan, Türkiyə, İran, Rusiya, ABŞ və digər ölkələrdə aksiyalar təşkil olunub".
 
 BOK-un Beynəlxalq Güləş Federasiyasından gender bərabərliyinin qorunması məqsədi ilə Olimpiadada qadın güləşi üzrə çəki dərəcələrinin artırılmasını tələb etdiyini bildirən Ə.Cəfərov, sentyabrın 16-17-də Macarıstanda bu məsələ ilə bağlı yekun qərarın qəbul olunacağını deyib.
 
"Sərbəst və yunan-Roma güləşi üzrə də çəki dərəcələrində dəyişikliyin olması gözlənilir. Ümid edirik ki, bu istiqamətdə köklü dəyişikliklər baş verməz. Milli komandamızın heyətində hər çəki dərəcəsi üzrə bir neçə güləşçinin olduğunu nəzərə alsaq bu dəyişikliyin yığmamıza mənfi təsir göstərəcəyini düşünmürəm. Son Olimpiya Oyunlarınadək sərbəst və yunan-Roma güləşi üzrə 7, qadın güləşi üzrə isə 4 çəki dərəcəsində qaliblər müəyyənləşirdi. BOK-un tələbinə əsasən, hər üç növ üzrə 6 çəki dərəcəsində qaliblər təyin olunmalıdır".

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.