8 sentyabr 2013 22:57
2020-ci il yay Olimpiya oyunlarının proqramına güləş də daxil edildi!
Güləş 2020-ci il yay Olimpiya oyunlarının proqramına daxil olacaq. Azerisport.az xəbər verir ki, bu barədə qərar bazar günü Buenos-Ayresdə Beynəlxalq olimpiya komitəsinin (BOK) üzvlərinin 125-ci sessiyasında səsverməsi nəticəsində qəbul olunub.
Beynəlxalq olimpiya komitəsi 2013-ci ilin fevral ayında 2020-ci il yay Olimpiya oyunlarının proqramından güləşin çıxarılmasını tövsiyə edib. May ayında təşkilatın icraiyyə komitəsi iddiaçılar sırasında Olimpiya oyunları-2020 proqramında üç idman növünü güləşi, beysbol/softbol və skvoşu saxlayıb.
Beynəlxalq olimpiya komitəsinin sessiyasında səsvermə nəticəsində güləş - 49, beysbol/softbol - 24, skvoş - 22 nümayəndənin dəstəyini alıb.
Olimpiada-2020 Tokioda keçiriləcək. Güləş həmçinin yay Olimpiya oyunları-2024 proqramında da təmsil olunacaq.
