7 sentyabr 2013 00:17
Əliyev yığma komandaların üzvləri ilə görüşdü (FOTOLAR)
Sentyabrın 16-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə böyüklər arasında Dünya çempionatı yarışları keçiriləcək. Azerisport.az xəbər verir ki, sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalar dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Olimpiya Güləş Mərkəzində gündə 2 dəfə - səhər və axşam məşqləri olmaqla davam etdirir.
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev Olimpiya Güləş Mərkəzində yığma komandaların üzvləri ilə görüşüb.
Hazırlıq prosesinin gedişi, idmançıların fiziki hazırlığının vəziyyəti və sağlamlıqları ilə maraqlanan Federasiya rəsmisi çempionat öncəsi idmançıların fiziki hazırlıqla yanaşı, psixoloji hazırlığa da ciddi diqqət yetirmələrinin vacibliyini bildirib.
