6 sentyabr 2013 01:31

Olimpiya Oyunlarında güləşin saxlanılmasına dəstək aksiyası keçirildi (FOTOREPORTAJ)

Azərbaycan Güləş Federasiyası (AGF) Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə birgə Sahil bağında “Olimpiya Oyunlarında güləşin saxlanılmasına dəstək olaq!” devizi altında aksiya keçirib. Azerisport.az xəbər verir ki, aksiyada AGF-nin nəzdində fəaliyyət göstərən bütün güləş klubları, yığma komandaların üzvləri, eləcə də paytaxtda fəaliyyət göstərən güləş klub və cəmiyyətlərinin nümayəndələri iştirak ediblər.
 
AGF-nin baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Xanlar Qurbanov Azərbaycan güləşçilərinin beynəlxalq arenada qazandığı uğurlardan danışıb və onların əldə etdikləri nailiyyətlər yüksək qiymətləndirilib. Natiqlər bildiriblər ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da idmanın bu növünə böyük maraq var:
 
“Beynəlxalq Olimpiya Komitəsinin qədim tarixi ənənəyə malik bir idman növü olan güləşin Olimpiya Oyunlarının siyahısından çıxarılması barədə təşəbbüslə çıxış etməsi bütün dünyada, eləcə də Azərbaycanda təəccüblə qarşılanıb. Ümid edirik ki, bütün dünyada milyonlarla azarkeşi olan güləş idman növü Olimpiya Oyunlarından kənarda qalmayacaq. Güləş Olimpiya hərəkatı tarixində ən qədim idman növlərindən biridir. Gələcəyə doğru sağlam həyat tərzini təbliğ edən, özündə bir neçə idman növünün fəlsəfəsini birləşdirən, idmanın tarixini özündə cəmləşdirən və mərdlik simvolu olan güləşin Olimpiya Oyunlarının proqramında qalması vacibdir. Olimpiya Oyunlarında güləşin qalması həm də tarixə olan hörmət kimi dəyərləndirilməlidir”.
 
Ölkəmizdə idmanın bu növü ilə qədim zamanlardan məşğul olunduğunu bildirən natiqlər Azərbaycanda zorxana, milli güləş kimi yarışların keçirildiyini diqqətə çatdırıblar.
 
Sonra güləşçilərimiz cəngi sədası altında nümunəvi çıxışlarını nümayiş etdiriblər.
 
Olimpiya, dünya və Avropa çempionları və mükafatçılarının iştirak etdikləri aksiyanın yekununda Beynəlxalq Olimpiya Komitəsinə müraciət ünvanlanıb. Müraciəti Olimpiya çempionu Namiq Abdullayev oxuyub.
 
Xatırladaq ki, sentyabrın 7-8-də Argentinanın paytaxtı Buenos-Ayresdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 125-ci sessiyası keçiriləcək. Sessiyada 2020-ci il Yay Olimpiya Oyunlarında güləş idman növünün saxlanılıb-saxlanılmaması barədə BOK-un yekun qərarı məlum olacaq. (AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.