26 avqust 2013 16:18
Millimizin DÇ-yə hazırlığı davam edir (FOTOLAR)
16-22 sentyabr 2013-cü il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə Dünya çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komanda çempionata hazırlığı İstanbulda Türkiyə yığma komandası ilə birgə davam etdirir.
Baş məşqçi Cəmşid Xeyrabadi, məşqçilər Şahram Elyasi, Fərid Ədnani və Əyyub Əzmudehin rəhbərliyi altında təlim-məşq toplanışında yığma komandanın 14 üzvü iştirak edir.
Heyətdə Rövşən Bayramov, Eldəniz Əzizli, Orxan Əhmədov (hamısı 55 kq), Taleh Məmmədov, Kamran Məmmədov (hər ikisi 60 kq), Rəsul Çunayev, Həsən Əliyev, Vitali Rəhimov (hamısı 66 kq), Emin Əhmədov, Elvin Mürsəliyev (hər ikisi 74 kq), Rafiq Hüseynov, Mote Savadze, Saman Təhmasibi (hamısı 84 kq) və Şalva Qadabadze (96 kq) yer alıb.
Təlim-məşq toplanışı avqustun 12-dən başlayıb və 27-dək davam edəcək.










