26 avqust 2013 02:02

Azərbaycan dünya 2-cisi oldu

Serbiyanın Zrenyanin şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, çempionatın son günündə 46, 54, 63, 76 və 100 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıb. Güləşçilərimiz çempionatın son günündə 1 gümüş və 2 bürünc medala sahib olub.
 
Ümumilikdə 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanan yeniyetmə sərbəst güləşçilərimiz 66 xalla komanda hesabında dünya ikincisi olub. İlk sırada Rusiya (85 xal), üçüncü sırada İran (56 xal) komandaları qərarlaşıb.
 
46 kq
Fazil Həsənov 1/8 finaldan mübarizəyə başlayıb və finala qədər Cənubi Afrika (7:0), Türkiyə (7:0) və Yaponiya (8:5) güləşçilərini mübarizədən kənarlaşdırıb. Qızıl medal uğrunda görüşdə Qazaxıstan təmsilçisinə uduzan Fazil Həsənov gümüş medalla kifayətlənib. 
 
54 kq
Nemətdin Rəhmanov ilk görüşdə ABŞ təmsilçisini (10:4) üstələsə də, Moldova güləşçisi ilə görüşdən (4:9) məğlub ayrılıb və çempionatı medalsız tamamlayıb. 
 
63 kq
Teymur Məmmədov 1/16 finalda Latviya güləşçisi ilə görüşdən (8:0) qalib ayrılıb, ancaq ABŞ təmsilçisinə (1:2) uduzub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşlərə qatılmaq imkanı verib. Qırğızıstan (8:0) və Moldova (7:0) güləşçilərini üstələyən Teymur həlledici görüşdə Hindistan təmsilçisini də (2:1) məğlub edib və bürünc medala sahib olub.
 
76 kq
Məhəmmədrəsul Qazıməhəmmədov Litva (6:0) və Qırğızıstan (8:0) güləşçilərini üstələsə də, İran təmsilçisinə uduzub və çempionatı medalsız tamamlayıb. 
 
100 kq
Turxan Qurbanov Polşa (7:0), Yaponiya (5:4), Macarıstan (7:0) güləşçilərindən üstün olub, ancaq yarımfinalda İran güləşçisinə (1:5) uduzub. Bürünc medal uğrundan görüşdə Türkiyə təmsilçisini (5:4) məğlub edən Turxan Qurbanov dünya üçüncüsü olub.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.