24 avqust 2013 01:18
Millimiz Dünya çempionatına hazırlığı davam etdirir
16-22 sentyabr 2013-cü il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində böyüklər arasında Dünya Çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, çempionata hazırlığı davam etdirən sərbəst güləş üzrə yığma komandanın üzvləri avqustun 17-dən etibarən Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır.
Sentyabrın 1-dək davam edəcək toplanışda Macarıstan və Misir sərbəst güləş yığmasının üzvləri də iştirak edir.
Baş məşqçi Maqomed Aliomarov, böyük məşqçi Firdovsi Umudov, məşqçilər David Kurtsiya və Semyon Çterevin rəhbərliyi altında təlim-məşq toplanışına yığma komandanın 24 üzvü cəlb olunub.
