24 avqust 2013 00:54
DÇ-2013-də dördüncü gün: Ləman Qurbanova bürünc medal qazandı
Serbiyanın Zrenyanin şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın dördüncü günündə 40, 46, 52, 60 və 70 kq çəkidə yeniyetmə qızlar mübarizəyə aparacaq.
Azərbaycan yığması 2 çəkidə təmsil olunacaq.
46 kq
Gülcahan Hacıyeva 1/8 finaldan mübarizəyə başlayıb, ancaq Polşa güləşçisini üstələyə bilməyib (0:1).
52 kq
Ləman Qurbanova ilk görüşündə Monqolustan təmsilçisini (7:5) məğlub edib. 1/4 finalda güləşçimiz Yaponiya təmsilçisi ilə görüşdən məğlub ayrılıb. Rəqibin finala yüksəlməsi Ləmana təsəlliverici görüşlərə qatılmaq şansı verib. Cənubi Afrikadan olan rəqibini üstələyən (8:0) Ləman Türkiyə güləşçisi ilə həlledici görüşə çıxıb. Gərgin keçən görüşdə qalib gələn (7:5) güləşçimiz dünya çempionatının bürünc medalına sahib olub.
