23 avqust 2013 02:47
Azərbaycan DÇ-2013-ün 3-cü günü medalsız qaldı
Serbiyanın Zrenyanin şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın üçüncü günündə 38, 43, 49, 56 və 65 kq çəkidə yeniyetmə qızlar mübarizəyə qoşulub. Azərbaycan güləşçiləri 3 çəkidə mübarizə aparıb.
38 kq
Ülkər Babayeva 1/4 finalda Rumıniya güləşçisinə məğlub olub. Daha sonra bürünc medal görüşünə çıxsa da, Norveç güləşçisinə uduzan təmsilçimiz çempionatı beşinci sırada tamamlayıb.
43 kq
Türkan Nəsirova 1/8 finalda Almaniya təmsilçisini (4:0, təmiz qələbə), 1/4 finalda Türkiyə güləşçisini (4:0, təmiz qələbə) tam üstünlüklə məğlub edib, ancaq yarımfinalda bolqar güləşçiyə uduzub. Bürünc medal uğrunda görüşdə Rusiya təmsilçinə uduzan Türkan Nəsirova çempionatı beşinci sırada bitirib.
49 kq
Leyla Qurbanova 1/8 finalda Yaponiya güləşçisi ilə qarşılaşıb, ancaq görüş təmsilçimiz üçün uğurlu alınmayıb. Təsəlliverici görüşlərə qatılmaq şansı qazanan Leyla Qurbanova bundan yararlana bilməyib.
