22 avqust 2013 19:33
Azərbaycan yığmasının üzvü dünyanın ən yaxşısı seçildi
Beynəlxalq Güləş Federasiyası dünyanın ən yaxşı qadın güləşçilərin reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, siyahıya Azərbaycan güləşçisi Yuliya Ratkeviç (56 kq) başçılıq edir.
Digər güləşçimiz İrina Netreba üçüncü, Natalya Palamarçuk (67 kq) beşinci, Patimat Bagomedova (48 kq) altıncı, Anjel Doroqan (51 kq) isə on dördüncü pillədə qərarlaşıb.
