22 avqust 2013 02:16
DÇ-2013-ün üçüncü günündə ilk rəqiblərimiz
Serbiyanın Zrenyanin şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın üçüncü günündə 38, 43, 49, 56 və 65 kq çəkidə yeniyetmə qızlar mübarizəyə qoşulacaq.
Azərbaycan güləşçiləri 3 çəkidə mübarizə aparacaq.
38 kq
Ülkər Babayeva 1/4 finaldan yarışa başlayacaq, onun rəqibi Rumıniya güləşçisi olacaq.
43 kq
Türkan Nəsirovanın 1/8 finalda rəqibi Almaniya təmsilçisi olacaq.
49 kq
Leyla Qurbanova 1/8 finalda Yaponiya güləşçisi ilə qarşılaşacaq.
İlk görüşlər Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.
