21 avqust 2013 00:18

Azərbaycan DÇ-nin ilk günü bir qızıl medal qazandı

Serbiyanın Zrenyanin şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı başlayıb. Azerisport.az xəbər verir ki, çempionatın ilk günündə yunan-Roma güləşi üzrə 50, 54, 58, 63 və 100 kq çəkidə güləşçilər mübarizə aparıb.
 
Güləşçilərimiz günü 1 qızıl medalla tamamlayıb.
 
50 kq
Mikayıl Rəhmanov ardıcıl olaraq Cənubi Afrika Respublikası (8:0), Bolqarıstan (7:0, təmiz qələbə), Rusiya (6:5) və Özbəkistan (6:4) güləşçiləri üzərində qələbə qazanaraq finala yüksəlib. Finalda güləşçimiz Ukrayna təmsilçisini də üstələyərək (8:0) dünya çempionu olub. 
 
54 kq
Niyazi Məmmədovun ilk görüşündə uduzub və mübarizəni dayandırıb. 
 
58 kq
Zahid Ələkbərzadə Hindistan təmsilçisini (3:0, təmiz qələbə) üstələsə də, Ukrayna güləşçisinə (1:4) uduzub. Rəqibin finala yüksəlməsi ilə güləşçimiz təsəlliverici görüşlərə qatılıb. Serbiyalı rəqibini (9:4) məğlub edən Zahid Macarıstan güləşçisi ilə bürünc medal uğrunda görüşə çıxıb. Güləşçimiz beşinci olub.
 
63 kq
Sənan Əlimirzəyev ilk görüşündə Rusiya təmsilçisinə uduzsa da, rəqib finala qədər irəliləyib və güləşçimizə təsəlliverici görüşlərə qatılmaq imkanı verib. Macar rəqibini (10:2) üstələyən Sənan növbəti görüşdə qırğız güləşçisinə uduzub və mübarizəni dayandırıb. 
 
100 kq
Ən ağır çəkili pəhləvanların mübarizəsində Adambek Şidukov Belarus (2:1) və Ermənistan (4:4*) güləşçilərini mübarizədən kənarlaşdırıb, gürcü rəqibinə isə uduzub. Gürcüstan təmsilçisi finala yüksəldiyindən Adambek Şidukov təsəlliverici görüşə qatılmaq haqqı qazanıb.  Ancaq güləşçimiz bu şansdan yararlana bilməyib və bolqar rəqibinə uduzub.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.