19 avqust 2013 14:51
Azərbaycan millisi sabah dünya çempionatında mübarizəyə başlayır
Avqustun 20-dən 25-dək Serbiyanın Zrenyanin şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, yunan-Roma güləşi yığmamız böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rasim Ağayevin rəhbərliyi altında çempionatın ilk iki günündə mübarizə aparacaq.
Heyətdə Seymur Hüseynov (42 kq), Kənan Cəfərov (46 kq), Mikayıl Rəhmanov (50 kq), Niyazi Məmmədov (54 kq), Zahid Ələkbərzadə (58 kq), Sənan Əlimirzəyev (63 kq), Mehrac Kərimov (69 kq), İslam Abbasov (76 kq), Soslan Fanziyev (85 kq) və Adambek Şidukov (100 kq) yer alıb.
Avqustun 22-23-də yeniyetmə qızlar mübarizəyə qoşulacaq. Böyük məşqçi Rövşən Süleymanov və məşqçi Arif Fərmanovun rəhbərliyi altında Ülkər Babayeva (38 kq), Türkan Nəsirova (43 kq), Gülcahan Hacıyeva (46 kq), Leyla Qurbanova (49 kq) və Ləman Qurbanova (56 kq) çempionata yollanacaq.
Çempionatın son günlərində sərbəst güləşçilər yarışacaq. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında ölkəmizi Fərrux Əliyev (42 kq), Fazil Həsənov (46 kq), Mahir Əmiraslanov (50 kq), Neməddin Rəhmanov (54 kq), Məhəmmədəli Əliyev (58 kq), Teymur Məmmədov (63 kq), Abdulmuslim Muxuddinov (69 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (76 kq), Nurməhəmməd Hacıyev (85 kq) və Turxan Qurbanov (100 kq) təmsil edəcək.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim İntiqam Alıyev iştirak edəcək.
