19 avqust 2013 00:23

DÇ-2013-ün son günündə üç bürünc medal!

Bolqarıstanın Sofiya şəhərində güləş üzrə gənclərin Dünya çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, çempionatın son günündə 55, 66, 84 və 120 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıb.
 
Güləşçilərimiz 3 bürünc medal qazanıb.
 
Qeyd edək ki, sərbəst gülәşçilәrimiz dünya çempionatında ümumilikdə 1 qızıl vә 4 bürünc medal qazanıb. Komanda hesabında 49 xal toplayan gülәşçilәrimiz dünya üçüncüsü olub. İlk iki yeri Rusiya vә İran komandaları tutub.
 
55 kq
Ruslan Surxayev 1/8 finalda koreyalı Guk Hyeon Kimdən üstün olub (9:2). Növbəti mərhələdə güləşçimiz iranlı Yunus Firuz Sarmastidizaji ilə gərgin keçən qarşılaşmadan məğlub ayrılıb. Rəqibin finala yüksəlməsi güləşçimizə medal yolu açıb. Әvvәlcә polşalı Tomasz Oqonovskini məğlub etsә dә, erməni Artak Hovhannisyanla həlledici görüşdə uduzub. 
 
66 kq
1/16 finaldan mübarizəyə qoşulan Hacımurad Ömərov monqol Temuujin Erdenebata heç bir şans verməyib (7:0). Daha sonra hindistanlı Dineş Kumarla görüşdən (6:2) qalib ayrılan güləşçimiz 1/4 finala yüksəlib. Bu mərhələdə rəqib qazax Daniyar Kaysanovu (12:2) məğlub edən Hacımurad Ömərov yarımfinala yüksəlib. Final yolunda Türkiyə güləşçisi Selahattin Kılıçsallayan güləçimizə mane olub. Hacımurad bürünc medal uğrunda görüşdә bolqar Şamil Kurakaevi (8:1) mәğlub edәrәk bürünc medal qazanıb.
 
84 kq
Məhəmməd Abdulxaliqov 1/16 finalda avstriyalı Dominik Peteri (7:1) məğlub edib.  1/8 finalda güləşçimiz hindistanlı Ajit Attarı tam üstünlüklə (9:0) mübarizədən kənarlaşdırıb. 1/4 finalda Məhəmməd Abdulxaliqov rusiyalı Vladislav Valievlə görüşdən məğlub ayrılıb. Rəqibin finala yüksəlməsi ilə güləşçimiz təsəlliverici görüşə çıxıb. Bolqar Miroslav Nikolaev Milkovla görüşdən (6:0) qәlәbә ilә ayrılan gülәşçimiz bürünc medal görüşündə belaruslu Aleksandr Huştini (4:1) məğlub edib vә dünya üçüncüsü olub. 
 
120 kq
Əli Maqomedabirov 1/8 finaldan mübarizəyə başlayıb və bolqar Dilyaver Zaid üzərində inamlı qələbə qazanıb (7:0). 1/4 finalda hindistanlı Surjet Surjetə də heç bir şans verməyən (8:0) Əli yarımfinala yüksəlib. Yarımfinalda iranlı Abdullah Farzani Ghomi Avili üstün olub. Əli Maqomedabirov bürünc medal uğrunda görüşdə koreyalı Ji Youn Kimi (7:0) məğlub edib, dünya üçüncüsü olub. 

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.