18 avqust 2013 01:41
DÇ-2013: Azərbaycan bir qızıl, bir bürünc medal qazandı
Bolqarıstanın Sofiya şəhərində güləş üzrə gənclərin Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın beşinci günündə 50, 60, 74 və 96 kq çəkidə sərbəst güləşçilərin mübarizəsi başlayıb.
Gülәşçilәrimiz günü 1 qızıl vә 1 bürünc medalla başa vurub.
50 kq
Ruslan Qasımov 1/8 finaldan mübarizəyə başlayıb, ABŞ təmsilçisi Ethan Lizakı (11:4) məğlub edib. Bolqar Mehmed Zeyti Feraimlə görüşdə güləşçimiz məğlub olub.
60 kq
1/16 finaldan mübarizəyə başlayan Əhmədnəbi Qvarzatilov erməni Aşot Velitsyan üzərində inamlı qələbə (7:0) qazanıb. Növbəti görüşdə iranlı Farzad Kovlandı (12:5) mübarizədən kənarlaşdıran güləşçimiz 1/4 finala yüksəlib. Gürcü Şota Partenadzeyə də heç bir şans verməyən (10:1) Əhmədnəbi Qvarzatilov yarımfinala vəsiqə qazanıb. Final yolunda ukraynalı Andrey Sivridi üstәlәyәn gülәşçimiz finalda da monqol gülәşçisini mәğlub edib vә qızıl medala sahib çıxıb.
74 kq
Bəxtiyar İsrafilli 1/16 finalda moldovalı İon Vasilaçi ilə görüşdən (8:0) qalib ayrılıb. 1/8 finalda güləşçimiz ABŞ təmsilçisi Aleksander David Dieringerlə qarşılaşıb. Gərgin keçən qarşılaşma (11:12) rəqibin xeyrinə başa çatıb. Tәsәlliverici görüşlәrә qatılan Bәxtiyar keçirdiyi görüşlәri qәlәbә ilә başa vurub vә dünya çempionatının bürünc medalını qazanıb.
96 kq
1/16 finaldan yarışa başlayan Hacı Şərifov Ukrayna güləşçisi Murazi Mçelidzedən (9:5) zəif olub.
