17 avqust 2013 11:58

DÇ-2013: Azərbaycan daha 2 medal qazandı

Bolqarıstanın Sofiya şəhərində güləş üzrə gənclərin Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın dördüncü günündə 48, 55, 63 və 72 kq çəkidə gənc qızların mübarizəsi baş tutub.
 
48 kq
1/16 finaldan mübarizəyə başlayan Kəmalə Əliyeva koreyalı Ju Yong Çeondan üstün (8:0) olub. 1/8 finalda güləşçimiz ABŞ təmsilçisi Cody Mae Pfau ilə görüşdən məğlub ayrılıb. 
 
55 kq
Almaz İsmayılova 1/8 finaldan mübarizəyə qoşulub, ancaq çinli Mengyu Xie ilə gərgin keçən görüşdə təmsilçimiz uduzub. 
 
63 kq
Raqnetta Qurbanzadə 1/8 finalda Rumıniya güləşçisi Laura Yelena Gavriliucu (11:6) məğlub edib. 1/4 finalda qazax Yekaterina Larionovanı da üstələyən güləşçimiz yarımfinala vəsiqə qazanıb.  Yarımfinalda Raqnetta Qurbanzadə rusiyalı Svetlana Lipatova ilə görüşdən (2:3) məğlub ayrılıb. Təmsilçimiz həlledici görüşdə çinli Kuanya Manı tam üstünlüklə (7:0) məğlub edib və bürünc medal qazanıb.
 
72 kq
Səbirə Əliyeva 1/8 finalda macar Zsanet Nemethdən (8:1) üstün olub. 1/4 finalda güləşçimiz serbiyalı Una Svetlana Tubanı da tam üstünlüklə (7:0) məğlub edib. Yarımfinalda Səbirə Əliyeva yapon Rino Abe ilə gərgin keçən qarşılaşmada məğlub olub. Güləşçimiz bürünc medal uğrunda görüşdə Ukrayna təmsilçisi Veronika Pavlyuk üzərində təmiz qələbə (5:0) qazanıb. 
 
Beləliklə, dünya çempionatında gənc qızların mübarizəsi başa çatıb. Yığma komandamızın üzvləri çempionatı 2 bürünc medalla tamamlayıb.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.