15 avqust 2013 11:35

DÇ-2013-də 2-ci gün: Abbas Abdullayev gümüş, Orxan Nuriyev bürünc medal qazandı

Bolqarıstanın Sofiya şəhərində güləş üzrə gənclərin Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın ikinci günündə 55, 66, 84 və 120 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıb.
 
Güləşçilərimiz günü 1 gümüş və 1 bürünc medalla başa vurub.
 
Ümumilikdə 1 gümüş və 3 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz 47 xal toplayaraq komanda hesabında Dünya ikincisi olub. Birinci yeri tutan Rusiya güləşçiləri 65 xal, üçüncü yeri tutan İran yığması isə 42 xal toplayıb.
 
55 kq
Sakit Quliyev mübarizəyə 1/16 finaldan başlayıb. Koreyalı Seung Hak Kim üzərində inamlı qələbə qazanan güləşçimiz 1/8 finalda erməni Gevorg Garibyanla görüşdən (0:3) məğlub ayrılıb. 
 
66 kq
1/16 finaldan mübarizəyə başlayan Ruhin Mikayılov Ukrayna təmsilçisi Oleksandr Litvinovu tam üstünlüklə (8:0) məğlub edib.  1/8 finalda Serbiya güləşçisi Mate Nemesi (6:1) üstələyən təmsilçimiz 1/4 finala yüksəlib. Qazax Janibek Kandibayevl gərgin keçən görüşdən qalib ayrılan Ruhin yarımfinalda Rusiya güləşçisi Abuyazid Mantsigovla qarşılaşıb. Bu görüş güləşçimiz üçün uğurlu alınmayıb. Bürünc medal uğrunda həlledici görüşdə Yaponiya təmsilçisi Şohey Yabikuya da (2:3) uduzan Ruhin Mikayılov çempionatı beşinci sırada tamamlayıb. 
 
84 kq
Orxan Nuriyev də 1/16 finaldan start götürüb. Macar Zoltan Keri üzərində (6:3) qələbə qazanan güləşçimiz 1/8 finalda qazax Rəşid Koçiyevdən (7:3) üstün olub. Ancaq növbəti mərhələdə iranlı Yusif Əhməd Qaderian (2:3) məğlub olub.  İran güləşçisinin finala yüksəlməsi Orxana təsəlliverici görüşlərə qatılmaq şansı verib. Makedoniya güləşçisi Timur Xamikoyevə tam üstünlüklə (7:0) qalib gələn Orxan Nuriyev həlledici görüşə vəsiqə qazanıb. Türkiyə təmsilçisi Doğan Göktaşı (6:2) üstələyən güləşçimiz yığmamıza növbəti bürünc medalı qazandırıb. 
 
120 kq
1/8 finalda Ukrayna təmsilçisi Vladislav Noşaçı (8:2) üstələyən Abbas Abdullayev 1/4 finalda iranlı Behnam Şajaeiağadamla qarşılaşıb. Gərgin keçən görüşdə (8:6) üstün olan güləşçimiz yarımfinala yüksəlib. ABŞ təmsilçisi Samuel Paul Stollu da məğlub edən Abbas finala vəsiqə qazanıb. Finalda rəqib Rusiya güləşçisi Sergey Semyonov olub. Təmsilçimiz gümüş medalla kifayətlənib.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.