16 avqust 2013 00:28
DÇ-2013: Baqomedova beşinci oldu
Bolqarıstanın Sofiya şəhərində güləş üzrə gənclərin Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın üçüncü günündə 44, 51, 59 və 67 kq çəkidə gənc qızların mübarizəsi başlayıb.
Yığma komandamızın 2 üzvü medallar uğrunda yarışıb.
44 kq
Şəfəq Muradzadə 1/8 finaldan mübarizəyə başlayıb, Rusiya təmsilçisi Marina Sidorova üstün olub.
51 kq
Patimat Baqomedova 1/8 finalda kanadalı Cierra Carere üzərində inamlı qələbə (8:0) qazanıb. 1/4 finalda güləşçimiz alman Nina Hemmer ilə gərgin keçən görüşdən (8:5) qalib ayrılıb və yarımfinala yüksəlib. Bu dəfə rəqib yaponiyalı Yu Miyahara olub. Sol ayağından aldığı zədə ucbatından rəqibinə uduzan Patimat Baqomedova bürünc medal uğrunda görüşə çıxmalı idi. Ancaq zədə buna imkan verməyib. Patimat Baqomedova çempionatı beşinci tamamlayıb.
