14 avqust 2013 13:06

DÇ-2013-də ilk gün: Elmanla Ceyhun bürünc medal qazandı, Ramiz beşinci oldu

Bolqarıstanın Sofiya şəhərində güləş üzrə gənclərin Dünya çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıb.
 
Güləşçilərimiz ilk günü 2 bürünc medalla başa vurub. 

50 kq
1/8 finaldan mübarizəyə başlayan Ramiz Məmmədov Qazaxstan güləşçisi Nurcan Satmaganbetlə görüşdən (6:5) qalib ayrılıb. Gürcü İrakli Şavadzeni asanlıqla məğlub edən (8:0) güləşçimiz yarımfinala yüksəlib. Yarımfinalda Ukrayna təmsilçisi Oleksandr Trifonov uduzan Ramiz bürünc medal uğrunda görüşə çıxıb. Rumıniya güləşçisi Aleksandru Botezlə gərgin keçən görüşdə (7:7) qələbə rəqib güləşçiyə verilib, Ramiz Məmmədov çempionatı beşinci sırada tamamlayıb.

60 kq
Elman Muxtarov da 1/8 finaldan mübarizə başlayıb. Macar Mate Krazsnaini (9:3) məğlub edən Elman 1/4 finala yüksəlib. Qırğız Urmatbek Amatovu (6:1) üstələyən Elman yarımfinala yüksəlib. Yarımfinalda erməni güləşçisi Karen Aslanyana uduzan Elman Muxtarov bürünc medal uğrunda görüşə çıxıb. Rusiya təmsilçisi Artur Süleymanovu (1:0) üstələyən güləşçimiz bürünc medal qazanıb.

74 kq
Ceyhun Əliyevin 1/8 finalda rəqibi Latviya güləşçisi Sergey Mironovs üzərində tam üstünlüklə (8:0) qələbə qazanıb. 1/4 finalda güləşçimiz qazax Abunassir Omirzakı (6:0) məğlub edib və yarımfinala yüksəlib. Yarımfinalda Ceyhun Əliyevin Ukrayna güləşçisi Andrey Antonyuka uduzub. Bürünc medal uğrunda həlledici görüşdə Ceyhun Əliyev qırğız Samat Şirdakovdan üstün olub və fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. 

96 kq
Tural Daşdəmirov 1/16 finalda Çin güləşçisi Minqjian Qu üzərində tam üstünlüklə (4:0) qələbə qazanıb. Ancaq 1/8 finalda iranlı Seyidmustafa Seyidqənbər Salehizadə ilə görüş güləşçimiz üçün uğurlu alınmayıb (2:5) və mübarizəni dayandırıb. 

Böyük məşqçi Şaban Donat və məşqçi Akif Əliyevin rəhbərliyi altında qitə ikincisi olan yunan-Roma güləşi yığmamızın üzvləri çempionatın ilk iki günü mübarizə aparır. Heyətdə Ramiz Məmmədov (50 kq), Sakit Quliyev (55 kq), Elman Muxtarov (60 kq), Ruhin Mikayılov (66 kq), Ceyhun Əliyev (74 kq), Orxan Nuriyev (84 kq), Tural Daşdəmirov (96 kq) və Abbas Abdullayev (120 kq) yer alıb.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.