12 avqust 2013 14:04

Azərbaycan millisi Polşada bütün komandalardan üstün oldu

Avqustun 10-11-də Polşanın Spala şəhərində sərbəst güləş üzrə Vaçlav Zialkovskinin xatirəsinə həsr olunmuş 22-ci beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında turnirdə iştirak edən sərbəst güləşçilərimizin heyətində 10 güləşçi yer alıb.
 
3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan sərbəst güləş yığmamız 64 xalla komanda hesabında turniri ilk sırada tamamlayıb. 13 güləşçi ilə mübarizə aparan Rusiya 41 xalla ikinci, 8 güləşçi ilə turnirdə iştirak edən Belarus isə 34 xalla üçüncü olub.
 
Ardıcıl olaraq moldovalı Mixail Sava, rus İlyas Bekbulatov, türk Mustafa Kaya, italiyalı Markuez Frank və finalda ukraynalı Andrey Kviatovskini üstələyən Ağahüseyn Mustafayev (66 kq) turnirin qızıl medalına sahib olub.
 
Aleksandr Qostiyev (84 kq) də qarşılaşdığı bütün rəqiblərindən üstün olub. Ardıcıl olaraq türk Ahmet Bilici, alman Martin Obst, amerikalı Kris Perri və digər təmsilçimiz Məhəmmədhacı Xatiyevi məğlub edib. Finalda Türkiyə təmsilçisi Serdar Bökeni də üstələyən güləşçimiz turnirin qızıl medalına sahib olub.
 
120 kq-da mübarizə aparan Cəmaləddin Məhəmmədov da turniri birinci sırada tamamlayıb. Monqol Çulvunbat Jarqalsayxan, bolqar Lyuben İliev, alman Johannes Kessel, ABŞ təmsilçisi Tervel Dlagnev və belaruslu Aleksey Nikolayev güləşçimizlə bacarmayıb.
 
74 kq çəkidə mübarizə aparan Əşrəf Əliyev finala qədər maneəsiz irəliləyib. Final yolunda o, qazax Dastan Balabekov, Cəbrayıl Həsənov, Emin Əzizov və fransız Luca Lampisdən üstün olub. Finalda bolqar Kiril Terziyevə uduzan Əşrəf gümüş medulla kifayətlənib.
 
74 kq-da digər təmsilçimiz Cəbrayıl Həsənov ilk görüşündə monqol Unurbat Purevjavı məğlub edib. Daha sonra Əşrəf Əliyevə uduzan Cəbrayıl təmsilçimizin finala yüksəlməsi ilə bürünc medal şansı əldə edib. Təsəlliverici görüşlərdə qazax Dastan Balabekov və Emin Əzizovu mübarizədn kənarlaşdıran Cəbrayıl Həsənov bürünc medal uğrunda görüşdə fransız Luca Lampisdən üstün olub.
 
Mircəlal Həsənzadə (55 kq) və Məhəmmədhacı Xatiyev turniri 5-ci sırada tamamlayıb.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.