7 avqust 2013 11:26

Dünya çempionatı öncəsi son sınaq

16-22 sentyabr 2013-cü il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə böyüklər arasında Dünya çempionatı yarışları keçiriləcək. Azerisport.az xəbər verir ki, dünya çempionatına hazırlaşan komandalarımız 10-11 avqust 2013-cü il tarixdə Polşanın Spala şəhərində sərbəst güləş üzrə Vaçlav Zialkovskinin xatirəsinə həsr olunmuş 22-ci beynəlxalq turnir və qadın güləşi üzrə “Poland Open” 17-ci beynəlxalq turnirdə iştirak edəcək.
 
 Sərbəst güləş yığmamız böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında turnirdə iştirak edəcək. Heyətdə Mircəlal Həsənzadə (55 kq), Ağahüseyn Mustafayev, Emin Əzizov, Ruslan Dibirhacıyev (hamısı 66 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev (hər ikisi 74 kq), Aleksandr Qostiyev, Məhəmmədhacı Xatiyev (hər ikisi 84 kq), Cəmaləddin Məhəmmədov və Alsan Dzebişov (hər ikisi 120 kq) yer alıb.
 
 Qadın güləşçilərin yarışında baş məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında ölkəmizi Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), Yuliya Ratkeviç (59 kq), İrina Netreba (63 kq), Natalya Palamarçuk (67 kq) və Gözəl Zutova (72 kq) təmsil edəcək.
 
 Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vaqif Zeynalov iştirak edəcək.
 
 Turnirin proqramına əsasən, avqustun 10-da 51, 59 və 67 kq-da qadın, 55, 66, 84 və 120 kq çəkidə sərbəst güləşçilər yarışacaq. Avqustun 11-də isə qadın güləşçilər 48, 55, 63 və 72 kq-da, sərbəst güləşçilər 60, 74 və 96 kq-da mübarizə aparacaqlar. (AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.