2 avqust 2013 12:26

Yığmamız dünya çempionatına hazırlığın son mərhələsində

20-25 avqust 2013-cü il tarixdə Serbiyanın Zrenyanin şəhərində yeniyetmə güləşçilər arasında Dünya çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, güləş üzrə yığma komandalarımız çempionata hazırlığı davam etdirir.
 
Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komanda bu gündən etibarən İsmayıllı Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayır. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Vüqar Aslanovun rəhbərliyi altında yığma komandanın 20 üzvünün cəlb edildiyi təlimlər avqustun 17-dək davam edəcək.
 
Yeniyetmə sərbəst güləşçilər isə avqustun 6-dan etibarən Qusar Olimpiya İdman Kompleksində taktika və texnikanın təkmilləşdirilməsi üzrə növbəti təlim-məşq toplanışına başlayacaq. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Rövşən Hacıyev və Marian Stoyevin rəhbərlik etdiyi təlim-məşq toplanışında 22 güləşçi iştirak edəcək. Təlim-məşq toplanışı avqustun 20-dək davam edəcək.
 
Yeniyetmə qızlardan ibarət komandanın 5 üzvü məşqçi Rövşən Süleymanovun rəhbərliyi altında Ukraynanın Krivoy-Roq şəhərində birgə təlim-məşq toplanışındadır. İyulun 22-də başlayan təlimlər avqustun 5-də başa çatacaq.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.