30 iyul 2013 12:12

Millimiz dünya çempionatına Türkiyə yığması ilə birgə hazırlaşır

13-18 avqust 2013-cü il tarixdə Bolqarıstanın Sofiya şəhərində güləş üzrə gənclərin, sentyabrın 16-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə isə böyüklər arasında Dünya çempionatı yarışları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan güləş üzrə yığma komandaları çempionata hazırlıqları davam etdirir.
 
Sərbəst güləş üzrə qadınlardan və gənc qızlardan ibarət yığma komandanın üzvləri dünya çempionatına hazırlığını Astara Olimpiya İdman Kompleksində Türkiyə qadın güləşi yığması ilə birgə keçir.
 
Yığma komandamızın heyətinə Şəfəq Muradzadə (44 kq), Kəmalə Əliyeva (48 kq), Patimat Baqomedova, Anjela Doroqan (hər ikisi 51 kq), Almaz İsmayılova, Yarina Dubovska (hər ikisi 55 kq), Alyona Kolesnik, Yuliya Ratkeviç (hər ikisi 59 kq), Anna Belyayeva, İrina Netreba, Raqnetta Qurbanzadə, Elmira Həsənova (hamısı 63 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 72 kq) cəlb olunub. Hazırlıq prosesinə yığma komandanın baş məşqçisi Yaqub Məmmədov, böyük məşqçilər Konstantin Konorev, Arif Fərmanov və məşqçilər Aslan Ağayevlə Həsrət Məmmədyarov rəhbərlik edir.
 
Türkiyə yığma komandasının heyətində isə məşqçilər Şemseddin Yıldız, Zeynep Yıldırım Diri və Habil Karanın başçılığı altında 12 idmançı ölkəmizə səfər edib.
 
Birgə təlim-məşq toplanışı avqustun 8-dək davam edəcək. (AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.