29 iyul 2013 15:37
Vitse-prezident yığmamızın üzvləri ilə görüşdü
Sentyabrın 16-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə böyüklər arasında Dünya çempionatı yarışları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan güləş üzrə yığma komandaları çempionata hazırlıqları davam etdirir.
Sərbəst güləş yığması Quba Olimpiya İdman Kompleksində, qadın güləşçilər Astara Olimpiya İdman Kompleksində, yunan-Roma güləşçiləri isə Bakıda Olimpiya Güləş Mərkəzində hazırlaşır.
Ötən gün Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev Olimpiya Güləş Mərkəzində yunan-Roma güləşi yığmasının üzvləri ilə görüşüb.
Hazırlıq prosesinin gedişi, idmançıların fiziki hazırlığının vəziyyəti və sağlamlıqları ilə maraqlanan Federasiya rəsmisi çempionata az vaxt qaldığını, idmançıların bu müddət ərzində səylərini daha da artırmalı olduqlarını bildirib. (AGF)
