29 iyul 2013 13:16
Millimiz dünya çempionatına hazırlaşır
13-18 avqust 2013-cü il tarixdə Bolqarıstanın Sofiya şəhərində güləş üzrə gənclərin Dünya çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, çempionata hazırlaşan sərbəst və yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandaların heyəti Qusar Olimpiya İdman Kompleksində taktika və texnikanın təkmilləşdirilməsi və xüsusi fiziki hazırlıq üzrə təlim-məşq toplanışında iştirak edir.
Yunan-Roma güləşi üzrə yığmanın təlim-məşq toplanışı avqustun 4-nə, sərbəst güləş komandasının təlim-məşq toplanışı isə avqustun 11-dək davam edəcək.
Xatırladaq ki, bir müddət öncə Makedoniyanın Skopye şəhərində keçirilən gənclərin Avropa çempionatında sərbəst güləş yığmamız qitə birincisi, yunan-Roma güləşi yığmamız isə ikinci olmuşdu. (AGF)
