27 iyul 2013 01:07

“Yeniyetmə güləşçilər xüsusi nəzarətə götürülüb”

Azərbaycan Güləş Federasiyası yeni və perspektivli güləşçilərin aşkarlanması məqsədilə mütəmadi olaraq seçmə xarakterli yarışlar keçirir, işlər aparır. Azerisport.az xəbər verir ki, 2014-cü ildə Çinin Nanjinq şəhərində keçiriləcək yeniyetmələrin 2-ci Yay Olimpiya Oyunlarına yeni və perspektivli güləşçilərin aşkarlanması və hazırlanması məqsədilə Federasiyada təşkil edilmiş Seçim Komissiyası sərbəst güləş üzrə yığma komandanın baş məsləhətçisi Saypulla Absaidovun rəhbərliyi altında iyun-iyul ayları ərzində bölgələrdə olub.
 
Komissiya AGF-nin nümayəndəliklərində fəaliyyət göstərən Klub və Cəmiyyətlərdə 1999-2003-cü il təvəllüdlü kiçik yaşlı yeniyetmə güləşçilərin ümumi hazırlıq prosesinə, onların fiziki və taktiki-texniki hazırlığına baxış keçirib.
 
Baxışdan sonra hər bir nümayəndəlikdən perspektiv vəd edən güləşçilərin seçilərək nəzarətə götürüldüyünü bildirən AGF-nin I vitse-prezidenti Namiq Əliyev peşəkar güləşçinin yetişməsi üçün müəyyən vaxt tələb olunduğunu deyib:
 
“Hesab edirəm ki, ölkəmizdə güləş idman növünün inkişafına və kütləviliyinə nail olmuşuq. Bu gün ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edən güclü və istedadlı güləşçilər hazırlanıb. Hazırlıq prosesi bir an belə dayanmır. Çünki qazanılan uğurları davam etdirmək lazımdır. Hazırda ölkəmizdə 40 minə yaxın insan idmanın güləş növü ilə məşğul olur. Onların əksəriyyəti yeniyetmə və gənclərdir. Bu, güləşə marağın göstəricisidir”.
 
İlkin mərhələdə, həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 80-ə yaxın güləşçinin seçildiyini bildirən vitse-prezident, güləşçilərin Federasiya tərəfindən bütün lazımi şəraitlə təmin olunaraq Bakıda təlim-məşq toplanışlarına cəlb olunacağını və yığma komandanın məşqçilər korpusunun nəzarətində hazırlıq keçəcəyini vurğulayıb.
 
Qeyd edək ki, bölgələrdən seçilmiş sərbəst güləş üzrə 40-a yaxın kiçik yaşlı yeniyetmənin iştirak etdiyi ilk təlim-məşq toplanışı iyulun 24-dən başlayıb və ayın 31-dək Tofiq Bəhramov adına Respublika Stadionunun güləş zalında keçirilir.
 
Bölgələrdən seçilmiş yunan-Roma güləşi üzrə 40-a yaxın kiçik yaşlı yeniyetmənin ilk təlim-məşq toplanışı isə 11-19 avqust tarixlərində gerçəkləşəcək. (AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.