25 iyul 2013 16:45
Sabirabadla İsmayıllıda seminar keçirildi (FOTO, VİDEO)
Güləş idman növünün qaydalarına edilən əlavə və dəyişikliklər barədə məşqçi müəllimləri müfəssəl məlumatlandırmaq məqsədilə Azərbaycan Güləş Federasiyası tərəfindən təşkil edilən seminarlar başa çatıb. Azerisport.az xəbər verir ki, növbəti iki seminar İsmayıllı və Sabirabad Olimpiya İdman Komplekslərində keçirilib. İsmayıllıda keçirilən seminarda Azərbaycan Güləş Federasiyasının 2, 3, 5, 6 və 7 saylı nümayəndəliklərində, Sabirabadda isə 4 saylı nümayəndəlikdə fəaliyyət göstərən məşqçi müəllimlər iştirak edib.
Seminar zamanı məşqçi müəllimlərə yeni qaydalar barədə məlumat verilib, son keçirilən yarışlardan videogörüntülər izlənilib, mübahisəli məqamlar üzərində müzakirələr aparılıb.
Daha sonra yeni qaydalar barədə xalça üzərində praktiki olaraq məlumat verilib.
Xatırladaq ki, ilk belə seminar ötən həftə Olimpiya Güləş Mərkəzində Bakı və Bakı ətrafı rayonlarla yanaşı, Naxçıvanda fəaliyyət gösətərən sərbəst və yunan-Roma güləşi üzrə məşqçi müəllimlərin iştirakı ilə keçirilib.
