18 iyul 2013 17:55

Güləş qaydalarına dəyişikliklər ilə bağlı seminar keçiriləcək

Beynəlxalq Güləş Federasiyası (FILA) tərəfindən güləş qaydalarına yeni dəyişikliklər və əlavələr edilib. Azerisport.az xəbər verir ki, bu günlərdə Rusiyanın Kazan şəhərində keçrilmiş Tələbələrin 27-ci Yay Universiadasında güləş yarışları, eləcə də yeniyetmələrin və gənclərin Avropa çempionatları məhz yeni qaydalarla keçirilib.
 
Güləş idman növünün qaydalarına edilən əlavə və dəyişikliklər barədə məşqçi müəllimləri müfəssəl məlumatlandırmaq məqsədilə Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyası tərəfindən həm paytaxtda, həm də bölgələrdə seminarlar təşkil olunacaq. Seminar zamanı məşqçi müəllimlərə yeni qaydalarla bağlı məlumat veriləcək, son keçirilən yarışlardan videogörüntülər izlədiləcək, yeniyetmə güləşçilərin hazırlığı üçün müasir məşq metodları barədə nəzəri və praktiki biliklər paylaşılacaq, həmçinin seminar iştirakçılarını maraqlandıran suallar AGF Hakimlər Kollegiyasının üzvləri və Federasiya rəsmiləri tərəfindən cavablandırılacaq.
 
İlk seminar paytaxt Bakıda təşkil olunacaq. Bakı və Bakı ətrafı rayonlarla yanaşı, Naxçıvanda fəaliyyət gösətərən həm sərbəst, həm də yunan-Roma güləşi üzrə məşqçi müəllimlərin iştirak edəcəyi seminar iyulun 19-da, Olimpiya Güləş Mərkəzində (Excelsior otelin yanı) baş tutacaq.
 
İyulun 22-də İsmayıllı Olimpiya Kompleksində keçiriləcək seminarda Azərbaycan Güləş Federasiyasının 2, 3, 5, 6 və 7 saylı nümayəndəliklərində fəaliyyət göstərən məşqçi müəllimlər iştirak edəcək.
 
AGF-nin 4 saylı nümayəndəliyində fəaliyyət göstərən məşqçi müəllimlər üçün təşkil olunacaq seminar isə iyulun 23-də Sabirabad Olimpiya İdman Kompleksində baş tutacaq.
 
Seminarlar Bakıda saat 11.00-da, İsmayıllı və Sabirabadda isə saat 12.00-da başlayacaq. (AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.