16 iyul 2013 00:43

Çunayevdən qızıl, Əzizlidən bürünc medal

Rusiyanın Kazan şəhərində keçirilən Tələbələrin 27-ci Ümumdünya Universiadasında güləş yarışları davam edir. Azerisport.az xəbər verir ki, proqrama əsasən, yarışların beşinci günündə 55, 66, 84 və 120 kq çəkidə yunan-Roma güləşi üzrə müsabiqələr keçirilib. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurub.
 
55 kq
Eldəniz Əzizli 1/8 finaldan mübarizəyə başlayıb və Braziliya təmsilçisi Rafael Camargos üzərində (8:0) inamlı qələbə qazanıb. 1/4 finalda Eldəniz qırğız Eldiyar Beqaliyevlə qarşılaşıb. Görüşü (4:3) qələbə ilə başa vuran güləşçimiz yarımfinala yüksəlib. Yarımfinalda Eldəniz Əzizli Rusiya güləşçisi İvan Tatarinovla görüşü məğlub başa vurub. Güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq. Həlledici görüşdə Eldəniz Əzizli Türkiyə güləşçisi Ferhat Tekini (6:2) məğlub edib və bürünc medala sahib olub. 
 
66 kq
1/16 finaldan yarışa başlayan Rəsul Çunayev alman Toni Stade üzərində (7:0) inamlı qələbə qazanıb. Növbəti mərhələdə polşalı Griqorz Vankeni (8:0) məğlub edən Rəsul 1/4 finala yüksəlib. Bu mərhələdə güləşçimiz  Türkiyə təmsilçisi Muhammet Kocatinazla qarşılaşıb və (6:0) tam üstünlüklə qalib gəlib. Yarımfinalda Rəsul Çunayev iranlı Afşin Byabanqardı (7:1) mübarizədən kənarlaşdırıb. Finalda Rəsul Çunayev Rusiya güləşçisi İslambek Albiyev üzərində 32 saniyə ərzində inamlı (8:0) qələbə qazanıb və qızıl medala sahib olub. 
 
84 kq
1/16 finaldan mübarizəyə başlayan Fuad Əliyev gürcü Beka Rokva ilə qarşılaşıb. Ancaq görüş güləşçimiz üçün uğurlu alınmayıb. 3 dəfə xəbərdarlıq alan Fuad Əliyev mübarizəni erkən dayandırıb.
 
120 kq
1/8 finalda Abbas Abdullayev Estoniya güləşçisi Kaarel Maatendən (9:2) üstün olub. 1/4 finalda macar Balint Lamla görüş güləşçimiz üçün uğurlu alınmayıb.
 
Xatırladaq ki, Universiadada artıq mübarizəni tamamlayan sərbəst güləşçilərimiz 1 gümüş və 1 bürünc, qadın güləşçilərimiz isə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.