15 iyul 2013 01:47
Millimiz İspaniya Qran Prisində 7 qızıl və 5 gümüş medal qazandı
İspaniyanın paytaxtı Madrid şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə böyüklər arasında “İspaniya Qran Prisi” beynəlxalq turniri keçirilib. Azerisport.az xəbər verir ki, yarışlarda sərbəst və yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandalarımız iştirak edib. Güləşçilərimiz ümumilikdə 7 qızıl və 5 gümüş medal qazanıb.
Yunan-Roma güləşi yarışlarında komandamız 4 qızıl və 2 gümüş medal qazanıb. Rövşən Bayramov (55 kq), Orxan Əhmədov (60 kq), Həsən Əliyev (66 kq) və Saman Təhmasibi (84 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Elçin Əliyev (55 kq) və Vitali Rəhimov (66 kq) finalda öz həmyerlilərinə uduzaraq gümüş medala sahib olub.
Sərbəst güləş yarışlarında güləşçilərimiz 3 qızıl və 3 gümüş medal qazanıb. Ruslan Dibirhacıyev (66 kq), Xetaq Qazyumov (96 kq) və Aslan Dzebişov (120 kq) bütün rəqiblərindən üstün olaraq çempion olub. Əşrəf Əliyev (74 kq), Məhəmmədhacı Xatiyev (84 kq) və Şərif Şərifov (96 kq) gümüş medalla kifayətlənib.
Həm sərbəst, həm də yunan-Roma güləşçilərimiz komanda hesabında ikinci pillədə qərarlaşıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edib.
