10 iyul 2013 16:50

Mükafatlandırma mərasimi (FOTOREPORTAJ)

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü cənab Namiq Əliyevin iştirakı ilə Avropa çempionatında medal qazanmış yeniyetmə və gənc güləşçilərin mükafatlandırma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, mərasimdə çıxış edən AGF-nin I vitse-prezidenti Namiq Əliyev güləşçiləri, onların məşqçilərini və valideynlərini təbrik edib, qarşıdakı yarışlarda da əldə olunan bu uğuru davam etdirmələrini arzulayıb:
 
“Həm yeniyetmələr, həm də gənclər Avropa çempionatında uğurlu çıxış etdilər. Bu ilk növbədə ölkəmizdə dövlət səviyyəsində idmana, xüsusilə dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin güləş idman növünə və güləşçilərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Ölkəmizdə iqtisadi, sosial və digər sahələrdə olduğu kimi idmanda da inkişaf göz qabağındadır. Ötən il Londonda keçirilmiş Yay Olimpiya Oyunlarında idmançılarımız, əsasən də, güləşçilərimiz ölkəmizi layiqincə təmsil etdilər. Qazanılan bütün uğur və nailiyyətlər ölkədə idmana göstərilən dövlət qayğısının göstəricisidir. Əminəm ki, Avropa çempionatında uğurla çıxış edən bu yeniyetmə və gənclərimizi gələcəkdə Olimpiya mükafatçıları sırasında görə biləcəyik”.
 
Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov pəhləvanlarımızın tarixi nailiyyətindən bəhs edib.
 
“Güləşçilərimiz bu iki yarışda ümumilikdə 28 medal qazanıblar ki, bundan 10-u qızıldır. Bu uğurdan sonra arxayınlaşmaq olmaz. Çünki bu nailiyyəti qoruyub saxlamaq çox vacib, həm də çətin məsələdir. Qarşıda idmançılarımızı Bolqarıstan və Serbiyada keçiriləcək dünya çempionatları gözləyir. İnanıram ki, güləşçilərimiz mundial yarışlarında da ölkəmizi layiqincə təmsil edəcəklər”.
 
Sonra AGF-nin baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov qitə birinciliklərində iştirak etmiş güləşçilər, onların məşqçiləri və valideynləri adından ünvanlanan müraciəti oxuyub.
 
Sonda qaliblərə AGF tərəfindən pul mükafatı təqdim edilib.
 
Xatırladaq ki, iyunun 18-23-də Çernoqoriyanın Bar şəhərində yeniyetmə güləşçilərin, iyulun 2-7-də isə Makedoniyanın Skopye şəhərində gənclərin Avropa çempionatı keçirilib. Hər iki çempionatda Azərbaycan güləşçiləri tam heyətlə iştirak edib və ölkəmizi uğurla təmsil edib.
 
Belə ki, yeniyetmə güləşçilərimiz ümumilikdə 15 medal qazanıblar ki, bunlardan 6-sının əyarı qızıl, 2-si gümüş, 7-sinin əyarı isə bürünc olub. Bu nəticələrlə, sərbəst güləş yığmamız komanda hesabında bütün rəqiblərini qabaqlayaraq çempionatı birinci tamamlayıb, yunan-Roma komandamız isə ikinci olub.
 
Gənclərdən ibarət yığma komandalarımız Avropa çempionatını ümumilikdə 13 medalla tamamlayıblar. Bunlarda 4-ü qızıl, 4-ü gümüş, 5-i isə bürünc əyarlıdır. Komanda hesabında gənclərdən ibarət yığma komandalarımız da uğurlu nəticə göstərib. Belə ki, sərbəst güləş üzrə yığmamız Avropa çempionatında bütün rəqiblərini geridə qoyub və birinci sırada qərarlaşıb. Yunan-Roma güləşi yığmamız ikinci, qadın güləşçilərimiz isə komanda hesabında dördüncü pilləni tutub. (AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.