10 iyul 2013 14:30
AÇ-də uğur qazanmış millimizin üzvləri mükafatlandırıldılar
Xəbər verildiyi kimi, Makedoniyanın Skopye şəhərində keçirilən gənclər arasında Avropa çempionatını Azərbaycan güləşçiləri uğurla başa vurublar. Azerisport.az xəbər verir ki, iyulun 10-da güləşçilərin mükafatlandırılması mərasimi keçirilib.
Çıxış edənlər ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, güləşçilərimizin qazandığı nailiyyəti yüksək qiymətləndiriblər.
Qeyd edək ki, çempionatda 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanan sərbəst güləşçilərimiz komanda hesabında 57 xalla Avropa birincisi olublar. İkinci sırada Rusiya (53 xal), üçüncü sırada isə Türkiyə (52 xal) qərarlaşıblar.
Avropa çempionatını 2 qızıl medalla başa vuran qadın güləşçilərimiz komanda hesabında 4-cü pillədə qərarlaşıblar. Ümumilikdə, 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz komanda hesabında 52 xalla ikinci olublar.
