8 iyul 2013 00:56

Azərbaycan yığması AÇ-də birinci oldu

Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, çempionatın sonuncu günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.
 
Güləşçilərimiz son gündə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb və komanda hesabında Avropa birincisi olub.
 
55 kq
1/8 finaldan mübarizəyə başlayan Ruslan Surxayev Ukrayna güləşçisi Vitali Rudenkonu (8:0) məğlub edib.  1/4 finalda erməni Artak Hovannistanla qarşılaşan təmsilçimiz 10:2 hesabı ilə qalib gəlib və yarımfinala vəsiqə qazanıb. Polşa güləşçisi Tomazs Ogonovskini tam üstünlüklə (5:0) məğlub edən Ruslan Surxayev finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Türkiyə güləşçisi Nebi Uzun olub. Tam üstünlüklə (5:0) qalib gələn güləşçimiz Avropa çempionu olub.
 
66 kq
Hacımurad Ömərov da 1/8 finaldan yarışa qoşulub, fransız Conni Buru (8:0) məğlub edən güləşçimiz 1/4 finala yüksəlib. Bu mərhələdə o, gürcü Davit Buziaşvili ilə qarşılaşıb. 11:3 hesablı qələbə güləşçimizi yarımfinala yüksəldib. Yarımfinalda alman Kevin Henkeli də (8:0) məğlub edən Hacımurad finala yüksəlib. Ancaq finalda Türkiyə güləşçisi Selahaddin Kılıçsallayanla görüş güləşçimiz üçün uğurlu alınmayıb və Hacımurad Ömərov gümüş medalla kifayətlənib. 
 
84 kq
Orxan Şərifov 1/16 finaldan mübarizəyə başlayıb, macar Daniel Halasi üzərində (6:0) qələbə onu növbəti mərhələyə yüksəldib. Ancaq bu mərhələdə Orxan bolqar İren Yurukova (3:1) məğlub olub və mübarizəni dayandırıb.
 
120 kq
Əli Maqomedabirovun ilk rəqibi isə Rusiya güləşçisi Edvard Kodolayev olub. Təmsilçimiz (8:0) qalib gəlib gəlib. 1/4 finalda Türkiyə güləşçisi Yunus Emre Dedeni (4:3) məğlub edən Əli yarımfinala yüksəlib. Yarımfinalda gürcü Geno Petriaşviliyə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Erməni güləşçisi Hamlet Abrahamyanı tam üstünlüklə (5:0) məğlub edən Əli Maqomedabirov Avropa çempionatının bürünc mükafatını qazanıb.
 
Xatırladaq ki, sərbəst güləşçilərimiz yarışların ilk gününü 2 gümüş və 1 bürünc medalla tamamlayıb.
 
Ümumilikdə, 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanan sərbəst güləşçilərimiz komanda hesabında 57 xalla Avropa birincisi olub. İkinci sırada Rusiya (53 xal), üçüncü sırada isə Türkiyə (52 xal) qərarlaşıb.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.