7 iyul 2013 00:45
Həmyerilimiz ermən rəqibi üzərində belə qələbə qazandı (VİDEO)
Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın beşinci günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.
74 kq-da mübarizə aparan 1/16 finaldan mübarizəyə başlayan Bəxtiyar İsrafilli İsveç güləşçisi Stefan Reyxmutu (8:1) məğlub edib. Güləşçimiz 1/8 finalda macar Mixail Naqi ilə görüşdən də (4:1) qalib ayrılıb. 1/4 finalda Fransa təmsilçisi Zəlimxan Hacıyevi tam üstünlüklə məğlub edən Bəxtiyar yarımfinala yüksəlib. Final yolunda son rəqib erməni Gevorq Hambardzumyan olsa da, güləşçimiz 51 saniyə ərzində onu tam üstünlüklə (9:0) məğlub edib. Finalda Rusiya güləşçisi Həbib Batırovla görüşdən (3:2) məğlub ayrılan Bəxtiyar İsrafilli Avropa çempionatının gümüş medalına sahib olub.
