7 iyul 2013 00:07

Azərbaycan AÇ-də daha 2 gümüş və 1 bürünc qazandı

Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın beşinci günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimiz günü 2 gümüş və 1 bürünc medalla tamamlayıb.
 
50 kq
Ruslan Qasımov mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Polşa güləşçisi Kristof Vroblevskiyə heç bir şans verməyən (7:0) Ruslan 1/4 finala yüksəlib. Bu mərhələdə Moldova güləşçisi Yevgeni Qreqoritanı da (8:0) üstələyən Ruslan yarımfinala vəsiqə qazanıb. Güləşçimiz yarımfinalda Belarus təmsilçisi Dimçik Rinçinovla qarşılaşıb. Bu görüşdə qazandığı qələbə (8:3) Ruslanı finala yüksəldib. Finalda rəqib Türkiyə təmsilçisi Süleyman Atlıya uduzan (7:3) Ruslan Qasımov Avropa çempionatının gümüş medalına yiyələnib.
 
60 kq
Əhmədnəbi Qvarzatilov da 1/8 finaldan başlayıb, Avstriya təmsilçisi Maksmilian Avserleytnerə tam üstünlüklə (7:0) qalib gəlib. 1/4 finalda gürcü Şota Partenadzeni (12:9) məğlub edən Əhmədnəbi Qvarzatilov yarımfinala yüksəlib. Bu dəfə rəqib Ukrayna güləşçisi Gor Oganessyan olub. Ancaq bu dəfə görüş güləşçimiz üçün uğurlu alınmayıb. Əhmədnəbi Qvarzatilov bürünc medal uğrunda bolqar güləşçisi Georgi Vangelovu (8:0) məğlub edib və fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
 
74 kq
1/16 finaldan mübarizəyə başlayan Bəxtiyar İsrafilli İsveç güləşçisi Stefan Reyxmutu (8:1) məğlub edib. Güləşçimiz 1/8 finalda macar Mixail Naqi ilə görüşdən də (4:1) qalib ayrılıb. 1/4 finalda Fransa təmsilçisi Zəlimxan Hacıyevi tam üstünlüklə məğlub edən Bəxtiyar yarımfinala yüksəlib. Final yolunda son rəqib erməni Gevorq Hambardzumyan olsa da, güləşçimiz 51 saniyə ərzində onu tam üstünlüklə (9:0) məğlub edib. Finalda Rusiya güləşçisi Həbib Batırovla görüşdən (3:2) məğlub ayrılan Bəxtiyar İsrafilli Avropa çempionatının gümüş medalına sahib olub.  
 
96 kq
1/16 finaldan mübarizəyə başlayan digər təmsilçimiz Səid Həmidov yerli güləşçi Adem Ademi tam üstünlüklə (7:0) yenib. Növbəti mərhələdə rəqib alman Gennadi Cudinoviç olub. Gərgin keçən qarşılaşmadan alman güləşçisi qalib ayrılıb. Növbəti mərhələdə o da məğlub olduğundan Səid Həmidov çempionatı medalsız tamamlayıb.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.