5 iyul 2013 13:55

Avropa ikincisi olan milli komandamız Bakıya qayıtdı (FOTO, VİDEO)

Makedoniyanın Skopye şəhərində keçirilən gənclər arasında Avropa çempionatını uğurla başa vuran yunan-Roma güləşi komandası Vətənə qayıdıb. Azerisport.az xəbər verir ki, komandanı H.Əliyev adına Beynəlxalq Hava Limanında AGF rəsmiləri, güləş azarkeşləri və media nümayəndələri qarşılayıb.
 
AGF baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov qazanılan qələbə münasibətilə bütün komanda üzvlərini təbrik edib, onlara növbəti yarışlarda da uğurlar arzulayıb. "Ötən il gənclərin Avropa çempionatında ikinci, dünya çempionatında birinci olan komanda üzvlərinin əksəriyyətinin bu il böyüklər arasında mübarizə aparır. AGF rəhbərliyi tərəfindən diqqətdə saxlanılan "Yeniyetmə güləşçilərin inkişafı Proqramı" artıq öz bəhrəsini verir. Gənclər komandası demək olar ki, tam yenidən formalaşdırılıb. Ona görə də əldə olunan bu uğuru yüksək qiymətləndiririk". 
 
Yığma komandanın böyük məşqçisi Şaban Donat yaxşı hazırlıq prosesi keçdiklərini və çempionata ciddi hazırlaşdıqlarını bildirib. Komanda hesabında ikinci nəticə göstərdiklərinə görə bütün güləşçilərə təşəkkür edən böyük məşqçi qarşıdan gələn dünya çempionatında da bu uğuru ən azı təkrarlamaq istədiklərini qeyd edib.
 
Xatırladaq ki, ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz çempionatı uğurla başa vurub və komanda hesabında 52 xalla ikinci olub.
 

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.