6 iyul 2013 00:49
Səbirə Əliyevadan Avropa çempionluğu (VİDEO)
Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın dördüncü günündə 48, 55, 63 və 72 kq çəki dərəcəsində gənc qızlar mübarizəyə qoşulub. Yarışların ikinci günündə də gənc qızlarımız 1 qızıl medal qazanıb.
72 kq çəki dərəcəsində yarışan Səbirə Əliyeva mübarizəyə 1/4 finaldan qoşulub. Ukrayna təmsilçisi Lyudmila Tiçinanı (9:1) məğlub edən Səbirə yarımfinala vəsiqə qazanıb. Təmsilçimiz Polşa güləşçisi Anna Urbanoviçlə görüşüb. Tam üstünlüklə qələbə qazanan Səbir Əliyeva finala yüksəlib. Həlledici görüşdə rəqib macar güləşçisi Zsanet Nemeth olub. Bir dəqiqə 8 saniyə davam edən final görüşündə tam üstünlüklə (5:0) qələbə qazanan Səbirə Əliyeva Avropa çempionu olub və qızıl medala sahib olub.
