4 iyul 2013 13:28
AÇ-2013: Qızlarımız mübarizəyə qoşulur
Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın üçüncü günündə 44, 51, 59 və 67 kq çəki dərəcəsində gənc qızlar mübarizəyə qoşulub.
44 kq
Sahilə Ələkbərova ilk görüşündə Rusiya təmsilçisi Svetlana Yefimova il qarşılaşacaq.
51 kq
Patimat Baqomedova 1/4 finaldan mübarizəyə başlayacaq, ilk rəqib Polşa təmsilçisi Paula Kozlov olacaq.
59 kq
Alyona Kolesnik ilk görüşdə İtaliya güləşçisi Karola Rainero ilə qüvvəsini sınayacaq.
67 kq
Raqnetta Qurbanzadənin ilk rəqibi isə Türkiyəli Kiymet Koçyiğit olacaq.
Xatırladaq ki, çempionatın ilk iki günündə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz çempionatı uğurla başa vurub və komanda hesabında 52 xalla ikinci olub.
