5 iyul 2013 01:09
Patimat Baqomedova belə çempion oldu (VİDEO)
Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın üçüncü günündə 44, 51, 59 və 67 kq çəki dərəcəsində gənc qızlar mübarizəyə qoşulub. Gənc qızlarımız günü 1 qızıl medalla tamamlayıb. 51 kq-da mübarizə aparan Patimat Baqomedova 1/4 finaldan mübarizəyə başlayıb. Polşa təmsilçisi Paula Kozlovu (6:0) məğlub edən güləşçimizin yarımfinalda rəqibi Ukraynadan Lilya Horishna olub. 7:1 hesablı qələbə ilə Patimat Baqomedova finala vəsiqə qazanıb. Finalda Rusiya təmsilçisi Stalvira Orşuşa (7:0) tam üstünlüklə qalib gələn güləşçimiz Avropa çempionu olub.
