5 iyul 2013 00:12

Patimat Baqomedova Avropa çempionu oldu!

Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın üçüncü günündə 44, 51, 59 və 67 kq çəki dərəcəsində gənc qızlar mübarizəyə qoşulub. Gənc qızlarımız günü 1 qızıl medalla tamamlayıb.
 
44 kq
Sahilə Ələkbərova ilk görüşündə Rusiya təmsilçisi Svetlana Yefimova ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma (6:5) Sahilə üçün uğurlu alınmayıb. Güləşçimiz mübarizəni erkən dayandırıb.
 
51 kq
Patimat Baqomedova 1/4 finaldan mübarizəyə başlayıb. Polşa təmsilçisi Paula Kozlovu (6:0) məğlub edən güləşçimizin yarımfinalda rəqibi Ukraynadan Lilya Horishna olub. 7:1 hesablı qələbə ilə Patimat Baqomedova finala vəsiqə qazanıb. Finalda Rusiya təmsilçisi Stalvira Orşuşa (7:0) tam üstünlüklə qalib gələn güləşçimiz Avropa çempionu olub.
 
59 kq
Alyona Kolesnik ilk görüşdə İtaliya güləşçisi Karola Raineronu (8:0) sıradan çıxarıb. Ancaq növbəti mərhələdə Finlandiya təmsilçisi Petra Maarit Olliyə uduzub. Rəqibin finala çıxması güləşçimizə bürünc medal yolu açıb. Alyona Kolesnik təsəlliverici görüşlərə qatılsa da bu şansı dəyərləndirə bilməyib. 
 
67 kq
Raqnetta Qurbanzadənin ilk rəqibi isə Türkiyəli Kiymet Koçyiğit olub. 10:2 hesablı qələbə güləşçimizi növbəti mərhələyə çıxarıb. 1/4 finalda  Avstriya təmsilçisi Martina Kuenzi (6:1) məğlub edən Raqnetta yarımfinala yüksəlib. Rəqib Rusiya təmsilçisi Svetlana Lipatova olub. Gərgin keçən qaşılaşmanı (3:1) rəqib güləşçi qazanıb. Raqnetta Qurbanzadə bürünc medal uğrunda bolqar Dzanan Filipova Manolova ilə görüşdən də məğlub ayrılıb və çempionatı 5-ci sırada tamamlayıb. 
 
Xatırladaq ki, çempionatın ilk iki günündə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz çempionatı uğurla başa vurub və komanda hesabında 52 xalla ikinci olub.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.