4 iyul 2013 00:12

AÇ-2013-də daha 1 qızıl və 2 bürünc medal!

Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın ikinci günündə 55, 66, 84 və 120 kq çəki dərəcəsində gənc yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 qızıl və 2 bürünc medalla başa vurub.
 
55 kq
1/8 finaldan mübarizəyə başlayan Sakit Quliyevin rəqibi polşalı Przemislav Piatek olub. Rəqibinə heç bir şans verməyən (7:0) Sakit 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə güləşçimizin rəqibi Rusiya təmsilçisi Aram Akopyan olub. Tam üstünlüklə (5:0) qalib gələn Sakit Quliyev yarımfinala vəsiqə qazanıb. Final yolunda Sakitin rəqibi Türkiyəli Şerif Kılıç (9:0) məğlub edib. Finalda rəqib Moldova güləşçisi Aleksandru Biciu üzərində də inamlı (8:0) qələbə qazanan Sakit Quliyev Avropa çempionu adına layiq görülüb.
 
66 kq
Ruhin Mikayılov da 1/8 final mərhələsindən mübarizəyə başlayıb. Bolqar idmançısı Rosian Dermanskini (11:2) məğlub edən güləşçimizin 1/4 finalda rəqibi gürcü Firuz Tsulukidze olub. 4:3 hesablı qələbə ilə Ruhin Mikayılov yarımfinala vəsiqə qazanıb. Bu dəfə rəqib Rusiya təmsilçisi Artyom Surkov üstün olub. Ruhin Mikayılov bürünc medal uğrunda güləşəcək. Həlledici görüşdə macar Mişel Daheri təmiz qələbə ilə (5:0) məğlub edən Ruhin Mikayılov Avropa çempionatının bürünc medalına sahib olub. 
 
84 kq
Orxan Nuriyev ilk görüşündə Makedoniya təmsilçisi Timur Hamikoyevlə qarşılaşıb. Gərgin keçən qarşılaşmadan Orxan (5:4) qalib ayrılıb. 1/4 finalda onun rəqibi Rumıniya təmsilçisi Dorian Parvan olub, ancaq növbəti mərhələyə keçə bilməyib. Rumın güləşçinin finala yüksəlməsi Orxan Nuriyevə bürünc medal qazanmaq şansı verib. Əvvəlcə təsəlliverici görüşdə erməni güləşçi Harutyun Mikayelyanı (4:0) üstələyən güləşçimiz bürünc medal görüşünə fransız güləşçi Samba Dionq ilə çıxıb. Görüşün yekununda qalib (5:4) Orxan Nuriyev olub və Avropa çempionatının bürünc medalına sahib olub. 
 
120 kq
Abbas Abdullayevin ilk rəqibi isə Almaniya güləşçisi Kristian Con olub. Tam üstünlüklə (7:0) qalib gələn güləşçimizin 1/4 finalda rəqibi rusiyalı Sergey Semyonov olub. Abbas Abdullayev görüşdən (6:2) məğlub ayrılıb.  Rəqib də növbəti mərhələdə uduzduğundan Abbas Abdullayev Avropa çempionatında mübarizəni medalsız başa vurub.
 
Xatırladaq ki, çempionatın ilk günündə yunan-Roma güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanıb.
 
Ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz çempionatı uğurla başa vurub.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.