2 iyul 2013 23:55

Azərbaycan AÇ-nin ilk günü 1 gümüş, 1 bürünc qazandı

Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcəsində gənc yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanıb.
 
50 kq
Mübarizəyə 1/8 finaldan başlayan Ramiz Məmmədovun ilk rəqibi Rusiya güləşçisi Batır Bultayev olub. Tam üstünlüklə rəqibinə (8:0) qalib gələn Ramiz Məmmədov 1/4 finalda gürcü İrakli Şavadzeni məğlub edə (0:6) bilməyib. Rəqibinin finala yüksəlməsi güləşçimizə bürünc medal şansı verib. Həlledici görüşdə Ramiz Məmmədovun rəqibi Türkiyə təmsilçisi Yasin Karadaşlı olub. 8:4 hesablı qələbə ilə güləşçimiz Avropa çempionatının bürünc medalını qazanıb.
 
60 kq
Yeniyetmələrin Sinqapur Olimpiadasının qalibi Elman Muxtarov 1/16 finaldan mübarizəyə qoşulub. Ardıcıl olaraq Finlandiya təmsilçisi Cerri Pitkaneni (6:1), xorvat Kristian Simatiçi (6:1) məğlub edən Elman Muxtarovun 1/4 finalda rəqibi Almaniya təmsilçisi Deniz Menekşe olub. Rəqibinə heç bir şans verməyən (5:0) Elman Muxtarov yarımfinala vəsiqə qazanıb. Finala yüksəlmək üçün o gürcü güləşçisi Kviça Tçitavanı (4:1) məğlub edib. Finalda rəqib Rusiya təmsilçisi Artur Suleymanov olub. Rəqibin 7:1 hesablı qələbəsi nəticəsində Elman Muxtarov gümüş medalla kifayətlənib. 
 
74 kq
Hacımurad Bağmanov 1/8 finalda Rusiya güləşçisi Adlan Akiyevlə qarşılaşıb, ancaq görüş təmsilçimiz üçün  (0:4) uğurlu alınmayıb. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq imkanı verib. Bu imkanı müsbət dəyərləndirən Hacımurad Bağmanov macar Erik Silvassini məğlub edib və bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə rəqib gürcü Laşa Qobadze olub. Ancaq Hacımurad rəqibini üstələyə bilməyib. 
 
96 kq
Əli Həsənov da mübarizəyə 1/8 finaldan qoşulub. Növbəti mərhələyə keçmək üçün təmsilçimiz macar güləşçi Zkolt Toroku məğlub etməli olsa da o bu vəzifənin öhdəsindən gələ bilməyib (2:7).  Rəqibinin finala yüksəlməsi güləşçimizə bürünc medal qazanmaq şansı versə də Əli Həsənov bu şansı dəyərləndirə bilməyib. 

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.