25 iyun 2013 13:50
“Hədəfimiz çempion olmaq idi”
Yeniyetmələrdən ibarət yunan-Roma güləşi komandasının böyük məşqçisi Nurəddin Rəcəbov Avropa Çempionatı barədə təəssüratlarını media nümayəndələri ilə bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Çempionat çox gərgin keçdi. Hər il olduğu kimi bu il də yaxşı hazırlaşmışdıq. Ötən il analoji yarışda komandamız üçüncü olmuşdu. Bu il hədəfimiz nəticəni daha da yaxşılaşdırmaq, çempion olmaq idi. Komanda hesabında çempion ola bilməsək də, çempionatı ikinci sırada tamamladıq. Yüksək hazırlıq prosesi keçmişdik. Güləşçilərimiz yaxşı çıxış etdilər, müəyyən çatışmazlıqlar oldu, Dünya çempionatına qədər onları aradan qaldıracağıq”.
