25 iyun 2013 13:31
Millimiz Bakıda belə qarşılandı (FOTOLAR)
Çernoqoriyanın Bar şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, çempionatın son iki günündə mübarizə aparan Azərbaycan yunan-Roma güləşi yığması vətənə qayıdıb.
Yığma üzvlərini Heydər Əliyev adına Beynəlxalq hava limanında azarkeşlər, media nümayəndələri və Azərbaycan Güləş Federasiyasının rəsmiləri qarşılayıblar.
Xatırladaq ki, Avropa çempionatında yeniyetmə yunan-Roma güləşçilərimiz 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq 61 xalla Avropa ikincisi olub, yalnız Rusiyadan (69 xal) geri qalıb. Üçüncü yeri isə Ermənistan (54 xal) komandası tutub.
