22 iyun 2013 13:33
AÇ-2013-ün dördüncü günü yığmamız üçün uğursuz alındı
Çernoqoriyanın Bar şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatının dördüncü günündə 40, 46, 52, 60 və 70 kq çəkidə qızlar mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki,
5 çəki dərəcəsindən 3-də Azərbaycan güləşçiləri öz qüvvələrini sınayıb.
46 kq-da Sona Tumarxanova mübarizəyə 1/8 final mərhələsindən başlayıb. İlk görüşündə məğlub olan təmsilçimiz mübarizəni erkən dayandırıb.
52 kq çəkidə təmsilçimiz Leyla Orucova 1/8 final mərhələsində İspaniya güləşçisi ilə qarşılaşıb. İlk görüşünü qələbə ilə başa vuran Leyla bu uğurun davamını gətirə bilməyib. Macar güləşçisinə uduzan güləşçimiz çempionatı medalsız tamamlayıb.
70 kq-da yığmamızın üzvü Rəhilə Quluzadə mübarizəyə 1/4 final mərhələsindən qoşulub. Urkayna təmsilçisinə məğlub olan güləşçimiz rəqibinin finala yüksəlməsi ilə bürünc medal şansı qazanıb. Təmsilçimiz həlledici görüşdə Polşa güləşçisi ilə qarşılaşsa da, bu imkanı dəyərləndirə bilməyib.
Xatırladaq ki, Avropa çempionatında yeniyetmə qızların mübarizəsində ilk gün yığmamız Türkan Nəsirova (43 kq) ilə 1 bürünc medal qazanıb.
